“Vulverhempton”da yeni hücumçu – rəsmi

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa klubu İspaniya “Real Sosyedad”ından Villian Jozeni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu mövsümün sonuna qədər icarə əsasında “Vulverhempton”da çıxış edəcək.

“Canavarlar” yayda 20 milyon avro ödəyərək, Jozenin transfer hüquqlarını ala bilər.

2016-cı ildən “Real Sosyedad”da çıxış edən Joze, bu mövsüm 21 oyunda 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button