“Tottenhem” yeni transferini rəsmən açıqladı

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, London təmsilçisi “Vulverhempton”dan Mett Dohertini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

“Tottenhem” irlandiyalı futbolçu üçün “Vulverhempton”a 16,5 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button