Premyer Liqa klubundan 20 milyonluq transfer

İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın “Standard” klubundan Mussa Ceneponu transfer edib. 20 yaşlı cinah yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

Transferin detalları klub tərəfindən açıqlamasa da, İngiltərə mətbuatı “Sauthempton”un malili futbolçu üçün 20 milyon avro ödədiyini iddia edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button