“Liverpul” Minaminonu icarəyə verdi

İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Liverpul”dan Takumi Minaminonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Sauthempton”da çıxış edəcək.

İngiltərə klubu yayda Minaminonun transfer hüquqlarını ala bilər.

Yapon futbolçu 2020-ci ilin yanvarında “Liverpul”a keçmişdi. Minamino Premyer Liqada bu mövsüm 9 oyuna 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button