“Çelsi”nin keçmiş futbolçusu Çempionşip klubunda

İngiltərənin “Preston” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisi “Seltik”dən Skott Sinkleyri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Sinkleyr daha əvvəl İngiltərədə “Aston Villa”, “Mançester Siti”, “Suonsi” və “Çelsi” klublarında forma geyinib. Cinah yarımmüdafiəçisi 2016-cı ildən “Seltik”də idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button