“Borussiya”dan Premyer Liqa klubuna

İngiltərənin “Norviç” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Münhenqladbax “Borussiya”sından Yosip Drmiçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

İsveçrə millisində də forma geyinən Drmiç, yeni klubuna azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button