Rəsmi: Bundesliqa klubu “Liverpul”un futbolçusu ilə gücləndi

İngiltərənin “Liverpul” klubunun futbolçusu Tayvo Avonyi karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Yunion” klubuna keçib. Bu barədə Berlin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tayvo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

2015-ci ildən “Liverpul”da çıxış edən Tayvo ötən mövsümü icarə əsasında məhz “Yunion”da keçirib. Nigeriyalı hücumçu Bundesliqada 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button