“Real”ın sabiq üzvü cəzalandırılır – irqçiliyə görə

İngiltərənin “Lids” klubunun futbolçusu Kiko Kasilya cəzalandırılacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ispan qapıçının Çempionşipin 9-cu turunun “Çarlton” – “Lids” matçında (1:0) rəqib komandanın konqolu futbolçusu Conatan Lekoya qarşı irqçilik etməsidir.

Kasilyanın 8-12 oyunluq diskvalifikasiya olunacağı gözlənilir. İngiltərə Futbol Assosiasiyası qərarını çərşənbə günü açıqlayacaq.

Kiko Kasilya bu yay “Real”dan “Lids”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button