Almaniya millisinin üzvü rəsmən “Lids”də

İngiltərənin “Lids” klubu növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Frayburq”dan Robin Koxu heyətinə qatıb. Bu barədə “Lids”in rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

“Lids” Kox üçün “Frayburq”a 13 milyon avro ödəyib. Yarımmüdafiəçi Almaniya milli komandasına da dəvət alır.

“Lids” bundan əvvəl “Valensiya”dan Rodriqo Morenonu transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button