“Lester”də türk futbolçu ilə bağlı qərar verildi

İngiltərənin “Lester” klubunda Cengiz Ündərlə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, icarə əsasında Premyer Liqa klubunda çıxış edən türk futbolçu mövsümün sonunda müqavilə ilə məxsus olduğu İtaliya “Roma”sına qayıdacaq. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

“Lester” mövsümün əvvəlində icarə əsasında komandaya qoşulan Cengizin performansından razı qalmayıb. Komandanın məşqçilər korpusunun 23 yaşlı yarımmüdafiəçi ilə bağlı rəyi mənfi olub.

Cengiz “Lester”lə 19 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Türkiyə yığmasının da formasını geyinən yarımmüdafiəçinin “Roma” ilə iki illik müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button