“Lester” “Atalanta”dan futbolçu transfer etdi – 25 milyon avroya

İngiltərənin “Lester” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, “tülkülər” “Atalanta”dan Timoti Kastanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Lester” Timoti üçün “Atalanta”ya 25 milyon avro ödəyib. Müdafiəçi Belçika milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button