“Everton”un yeni baş məşqçisi məlum oldu

İngiltərənin “Everton” komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin “sükan”ı Nunu Espirito Santoya tapşırılıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Portuqaliyalı mütəxəssisin “Everton”la üç illik müqavilə imzaladığı deyilir.

“Everton” Espiritonun təyinatını yaxın zamanda açıqlayacaq.

Premyer Liqa klubunu ötən mövsüm Karlo Ançelotti çalışdırıb. İtalyan mütəxəssis bir müddət əvvəl İspaniyanın “Real” komandasına baş məşqçi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button