Xames Rodriqes Qətər klubunda – rəsmi

İngiltərənin “Everton” klubunun futbolçusu Xames Rodriqes karyerasını Qətərdə davam etdirəcək.

Komanda.az xəbər verir ki, “Əl Rayan” klubu 30 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xameslə razılaşmanın detalları açıqlanmayıb.

Daha əvvəl İspaniyada “Real”, Almaniyada “Bayern” kimi klublarda çıxış edən Xames, 2020-ci ildən “Everton”dadır. Kolumbiyalı futbolçu bu mövsüm heç bir rəsmi oyuna çıxmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button