“Everton”un baş məşqçi postuna namizədlər

İngiltərənin “Everton” klubunda baş məşqçi Rafael Benitesin istefaya göndərilməsindən sonra bu posta namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisində bu vəzifəyə əsas namizədlər Frenk Lempard (işsiz), Ueyn Runi (“Derbi Kaunti”), Qraham Potter (“Brayton”) və Roberto Martinesdir (Belçika yığması). Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

“Everton” rəhbərliyi namizədlərlə görüşüb, yekun qərarını verəcək.

“Everton” Premyer Liqada 15-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button