Dünyanın ən çox qazanan futbol klubları SİYAHI

İngiltərənin “Delloitte” şirkəti 2018/2019 mövsümündə ən çox gəlir əldə edən futbol klublarının siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, ilk sırada İspaniyanın “Barselona” klubu yer alıb. Kataloniya təmsilçisi ötən mövsümdə rekord məbləğ – 840,8 milyon avro gəlir əldə edib.

Siyahının 2-ci sırasında digər İspaniya klubu “Real”dır. Madrid təmsilçisi ötən mövsümdə 757,3 milyon avro qazanıb.

Üçüncü sırada isə 711,5 milyonluq gəlirlə “Mançester Yunayted” qərarlaşıb.

İlk “10-luq”

  1. Barselona (İspaniya) – 840,8 milyon avro
  2. Real (İspaniya) – 757,3 milyon
  3. Mançester Yunayted (İngiltərə) – 711,5 milyon
  4. Bavariya (Almaniya) – 660,1 milyon
  5. PSJ (Fransa) – 635,9 milyon
  6. Mançester Siti (İngiltərə) – 610,6 milyon
  7. Liverpul (İngiltərə) – 604,7 milyon
  8. Tottenhem (İngiltərə) – 521,1 milyon
  9. Çelsi (İngiltərə) – 513,1 milyon
  10. Yuventus (İtaliya) – 459,7 milyon
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button