Lempardın “yeni Droqba”sı

İngiltərənin “Çelsi” klubu “Lion”dan Mussa Dembeleni transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Xəbərdə, “zadəganlar”ın baş məşqçisi Frenk Lempardın Dembeleni “yeni Droqba” adlandırdığı və hücumçunun Londona gətirilməsini istədiyi bildirilir.

“Çelsi”nin nümayəndələri yaxın günlərdə “Lion” rəsmiləri ilə görüşəcək.

“Lion”la 2023-cü ilə qədər müqaviləsi olan 23 yaşlı hücumçu, bu mövsüm Liqa 1-də 18 oyunda 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button