“Ayaks”da 600 min avroluq hücumçu

Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisi Danimarkanın “Silkeborq” klubundan Eskild Dallı transfer edib. Bu barədə “Ayaks”ın mətbuat xidməti məlumat yayıb.

17 yaşlı hücumçuyla 3 illik müqavilə imzalanıb. Dall, yeni mövsümdə “Ayaks”ın gənclərdən ibarət komandasında forma geyinəcək. Niderland klubu hücumçu üçün “Silkeborq”a 600 min avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button