Hollandiyalı futbolçu Premyer Liqa klubunda

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Lill”dən Anvar Əl-Qazini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı cinah hücumçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

2017-ci ildən “Lill”də çıxış edən Əl-Qazi, son mövsümü icarə əsasında “Aston Villa”da keçirib.

Əl-Qazi 2 dəfə də Hollandiya millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button