Millinin bombardiri Premyer Liqa klubunda

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Genk”dən Mbvane Samattanı transfer edib. Bu barədə “Aston Villa”nın rəsmi saytı məlumat yayıb. 27 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb.

Tanzaniya milli komandasının kapitanı və bombardiri olan Samatta yığmada keçirdiyi 51 oyunda 18 qol vurub. Hücumçu “Genk”də bu mövsüm iştirak etdiyi 28 matçda 10 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button