Premyer Liqa klubu fransız futbolçu ilə gücləndi – rəsmi

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa klubu “Marsel”dən Morqan Sansonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

“Aston Villa” Sanson üçün “Marsel”ə 14 milyon avro ödəyib.

Fransız futbolçu “Marsel”də 154 oyunda 25 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button