“Bayer”in hücumçusu Premyer Liqa klubunda

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Bayer” klubundan Leon Beylini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vinger tibbi baxışdan keçdikdən sonra “Aston Villa” ilə rəsmi müqavilə imzalayacaq.

İngiltərə mətbuatının xəbərinə görə, “Aston Villa” Beyli üçün “Bayer”ə 30 milyon avro ödəyəcək.

Yamayka milli komandasının da üzvü olan futbolçu “Bayer”lə Bundesliqada ümumilikdə 119 oyuna çıxıb. O, bu matçlarda 28 qol vurub, 21 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button