Türkiyə Super Liqasından Premyer Liqa klubuna – Rəsmi

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Kasımpaşa”dan Mahmud Trezeqeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı cinah yarımmüdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Trezeqe son mövsümdə Türkiyə Super Liqasında 34 oyuna 9 qol vurub. Yarımmüdafiəçi Misir millisinin də formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button