“Arsenal”la “Everton”un Tor(al)undakı ispan

İngiltərənin “Arsenal” və “Everton” klubları “Valensiya”nın keçmiş baş məşqçisi Marselino Toralla maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, hər iki klubun yaxın zamanda Toralla ilkin danışıqlar aparacağı bildirilir.

“Arsenal”ı hazırda Fredrik Lunberq, “Everton”u isə Marko Silva çalışdırır. Lunberq müvəqqəti olaraq baş məşqçi vəzifəsini yerinə yetirirsə, Silva, 2018-ci ilin yayından “Everton”dadır.

Ötən il “Valensiya”nı Çempionlar Liqasına aparan və İspaniya kubokunu qazanan Marselino bu ilin sentyabrından işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button