“Arsenal”da Emeriyə əvəzləyici tapıldı

İngiltərənin “Arsenal” klubunda baş məşqçi dəyişikliyi ola bilər.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Arsenal”ın baş məşqçisi Unay Emerinin növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmayacağı halda, vəzifəsindən göndəriləcəyi bildirilib.

“Arsenal” rəhbərliyi Emerinin mümkün ayrılığına qarşılıq, artıq onu əvəzləyəcək baş məşqçini də tapıb. Belə ki, londonluların əsas namizədi Emerinin məşqçilər korpusunda yer alan Fredrik Lünqberqdir.

Futbolçu karyerası ərzində 1998-2007-ci illər aralığında “Arsenal”da forma geyinən Lünqberq, bu ilin yayından Unay Emerinin məşqçilər korpusunda yer alır.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasında 8 turdan sonra 15 xalla 3-cü sırada yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button