“Arsenal”ın futbolçuları klub rəhbərliyindən narazıdırlar – 55 işçiyə görə

İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasının yaratdığı maliyyə sıxıntılarına görə 55 işçisiylə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 55 işçinin işdən azad olunduğu bildirilib.

“Arsenal”ın futbolçuları rəhbərliyin bu qərarı ilə razılaşmayıb. Futbolçular klub rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.

“Arsenal” apreldə koronavirusa görə futbolçuların və məşqçilərin məvaciblərini 12,5 faiz azaltmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button