Arsen Vengerə bürünc heykəl qoyulacaq

İngiltərənin “Arsenal” klubu keçmiş baş məşqçisi Arsen Vengerə “Emirates” stadionunun yaxınlığında heykəl qoyacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. London təmsilçisinin rəhbərliyi kluba 22 il xidmət etmiş Vengerin nailiyyətlərini qiymətləndirmək üçün onun şərəfinə bürünc heykəl qoyacaq.

“Arsenal” rəhbərliyi bununla yanaşı, “Emirates” stadionunun bir tribunasına da Vengerin adını verməyi planlaşdırır.

Arsen Venger 1996-2018-ci illərdə “Arsenal”ın baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button