“Arsenal” 20 milyon ödəməlidir – Onu İngiltərəyə qaytarmaq üçün

İngiltərənin “Arsenal” klubu baş məşqçi postuna Rafael Benitesi gətirməyi düşünür.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “topçular” hazırda “Dalyan İfan” klubunu çalışdıran ispan mütəxəssisi İngiltərəyə qaytarmaq istəyir.

“Arsenal” Benitesi yenidən Londona qaytarmaq istəsə, 20 milyon funt-sterlinqindən keçməlidir. Çünki Benites “Dalyan İfan”dan müqaviləsi bitməmiş ayrılsa, 20 milyon funt-sterlinq məbləğində kompensasiya ödəməlidir.

Bu yay Çin Super Liqası təmsilçisinin “sükanı arxasına” gətirilən Benites, daha əvvəl İngiltərədə “Çelsi”, “Liverpul” və “Nyukasl”ı çalışdırıb.

“Arsenal” bir müddət əvvəl baş məşqçisi Unay Emeri ilə yollarını ayırıb və onun vəzifəsini müvəqqəti olaraq Fredrik Lunqberq yerinə yetirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button