“Mançester Yunayted”i gətirin!”

İngiltərənin 3-cü liqa təmsilçisi “Tranmir” klubu Federasiya kubokunun cavab matçında “Uotford”u məğlub edərək (ilk oyun 3:3), mübarizədən kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, 2:1 hesabıyla qələbə qazanan aşağı liqa təmsilçisinin növbəti mərhələdəki rəqibi “Mançester Yunayted” olacaq.

“Tranmir” klubunun mətbuat xidməti “Uotford”u məğlub etdikləri matçdan sonra “tvitter”də maraqlı paylaşım edib:

“Biz bunu bacardıq. “Mançester Yunayted”i gətirin!”

“Tranmir”lə “Mançester Yunayted” arasındakı matç yanvarın 26-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button