İquayn Premyer Liqaya qayıdır?

“Çelsi” ilə icarə müqaviləsi bitdikdən sonra məxsus olduğu “Yuventus”a qayıdan Qonsalo İquayn yenidən İngiltərədə çıxış edə bilər.

Komanda.az “Sky İtalia”ya istinadən xəbər verir ki, Premyer Liqada çıxış edən “Vest Hem”, 31 yaşlı futbolçunu transfer etmək niyyətindədir. Maksi Qomes və Sebastian Hallerin transferini həll edə bilməyən Premyer Liqa klubu, Çinə transfer olunan Marko Arnautoviçin boşluğunu İquaynla doldurmağı planlaşdırır.

“Qoca sinyora”nın baş məşqçisi Mauritsio Sarrinin planlarında yer almayan İquayn üçün “Vest Hem”in 40 milyon avro təklif edəcəyi bildirilir.

Qış transfer pəncərəsi dövründə “Çelsi”yə icarəyə verilən 31 yaşlı futbolçu “zadəganlar”la Premyer Liqada 14 qarşılaşmada iştirak edib. İquayn bu oyunlarda 6 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button