İngiltərədən Çinə 25 milyonluq transfer

Futbol üzrə Avstriya yığmasının hücumçusu Marko Arnautoviç İngiltərənin “Vest Hem” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Çinin “Shanghai SIPG” klubunda davam etdirəcək. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Hansı ki, sözügedən komandanı Vitor Pereyra çalışdırır və ötən mövsüm çempion olub.

Karyerası ərzində “Tvente”, “İnter”, “Verder”, “Stok Siti” kimi klublarda forma geyinmiş Arnautoviçin Çin klubuna keçidi “Vest Hem”ə 25 milyon avro qazandıracaq. Amma futbolçunun əvvəlki klubu “Stok Siti”də də bu məbləğdən 20 faiz qazanc əldə edəcək.

Arnautoviç 2017/18 mövsümünün əvvəlində məhz “Stok Siti”dən “Vest Hem”ə keçmişdi. Avstriyalı forvardı İngiltərə klubunda geridə qalan iki mövsüm ərzində 65 oyuna çıxıb, 22 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button