Ançelotti: “Bu, azarkeşlərimiz üçün yaxşı hədiyyə oldu”

İngiltərə Premyer Liqasının 25-ci turunda “Liverpul”u məğlub edən “Everton”un baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ançelotti, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Həqiqətən, xoşbəxtik. Uzun müddətdən sonra “Everton” “Enfild Roud”da qələbə qazandı. Bu, azarkeşlərimiz üçün yaxşı hədiyyə oldu. Oyunda yaxşı oynadıq, diqqətimizi cəmlədik və əlimizə düşən fürsətləri qola çevirə bildik.

Derbilər xüsusi olur. “Liverpul”la səfər oyununda üç xalı qazana bildik. İndi ev oyunlarımıza diqqət etməliyik. Doğma meydanımızda kifayət qədər yaxşı oynaya bilmirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button