Klopp: “Öz hekayəmizi yaza bildik”

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün qalibi olan “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az xəbər verir ki, BBC-yə danışan alman mütəxəssis, çempionluq haqda bunları deyib:

“Deyəcək sözlərim yoxdur. Bu klubla çempion olmaq sadəcə inanılmazdır. Qələbəmiz Kenni Dalqliş, Stiven Cerrard və digər hər kəs üçündür. Azarkeşlərimizi təbrik edirəm, yəqin ki, onlar da çempionluğu qeyd edir.

Öz hekayəmizi yaza bildik. Klubdakı hər kəs, azarkeşlərimiz, insanların futbola olan sevgisi bizə bu gücü verdi. Möhtəşəm futbolçularımız var, onların hər biri buna layiq idi”.

“Liverpul” Premyer Liqada sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komanda sonuncu dəfə yerli çempionatda 1989/90 mövsümündə qalib olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button