“Çelsi”nin sabiq futbolçusu karyerasını bitirdi – Məşqçiliyə başlayır

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Eşli Koul karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı sabiq müdafiəçi özü məlumat yayıb. O, karyerasını bitirdiyini və məşqçiliyə başlayacağını bildirib.

“Arsenal”ın yetirməsi olan Koul, 2006-2014-cü illər aralığında “Çelsi”də çıxış edib. “Zadəganlar”dan ayrıldıqdan sonra “Roma”, “Los Anceles Qalaksi” kimi klubların şərəfini qoruyan müdafiəçinin son iş yeri “Derbi” komandası olub.

Eşli Koul 107 dəfə İngiltərə millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button