“Mançester Siti” İngiltərənin ən yaxşı klubudur” – Sulşer

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsində “Mançester Siti”yə uduzaraq, turnirlə vidalaşan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan norveçli mütəxəssis, “Mançester Siti”nin İngiltərənin ən yaxşı klubu olduğunu deyib:

“Mançester Siti” fantastik qollar vura bilər, bunu qəbul edirik. Komandada məyusluq var. Bu oyunda istədiyimiz kimi effektiv ola bilmədik, yaxşı hücumlar qurmaqda çətinlik çəkdik. “Mançester Yunayted” hazırkı vəziyyətdə ötən ilə nisbətən daha yaxşıdır. Rəqib yaxşı oynayırsa, biz daha çox yaxşı oynamalıyıq. “Mançester Siti” İngiltərənin ən yaxşı klubudur”.

“Mançester Yunayted” – “Mançester Siti” matçı “şəhərlilər”in 2:0 hesablı qələbəsiylə başa çatıb. “Mançester Siti” finalda “Tottenhem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button