İngiltərə kubokunun püşkü atıldı

İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin püşkü atılıb.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Federasiya kubokunun son qalibi “Mançester Siti” bu mərhələdə “Fulhem”lə qarşılaşacaq.

“Çelsi” “Hall Siti”, “Liverpul” isə “Bristol Siti” – “Şrusberi Taun” cütünün qalibi ilə qarşılaşacaq.

İngiltərə Federasiya kubokunun oyunları 24-27 yanvarda keçiriləcək.

İngiltərə Federasiya kuboku, 1/16 final mərhələsi

Uotford/Tranmer – Vulverhempton/Mançester Yunayted
Hall Siti – Çelsi
Sauthempton – Midlsbro/Tottenhem
KPR – Şeffild Uensdey
Bornmut – Arsenal
Northempton – Derbi Kaunti
Brentford – Lester
Milluoll – Şeffild Yunayted
Ridinq/Blekpul – Kardiff Siti/Karlayl
Vest Hem – Vest Bromviç
Bernli – Norviç
Bristol Rovers/Koventri – Birmingem
Mançester Siti – Fulhem
Roçdeyl/Nyukasl – Okford Yunayted
Portsmut – Barnsli
Bristol Siti/Şrusberi Taun – Liverpul

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button