“Topa başla vurmaq olmaz” qadağası – Bu dəfə İngiltərədə

İngiltərə çempionatlarının rəhbərləri 12 yaşadək uşaqlara topa başla vurmağı qadağan edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Məsələnin noyabrın 14-də rəhbərlər arasında keçirilən iclasda müzakirə olunacağı bildirilir.

Qlazqo universitetində aparılan bir elmi araşdırmadan sonra belə bir qadağanın tətbiq olunması gündəmə gəlib.

Araşdırmalara əsasən, sabiq peşəkar futbolçularda digər insan qrupları ilə müqayisədə demensiya da (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi) daxil olmaqla, digər beyin xəstəliklərindən ölüm halları 3,5 dəfə çoxdur. Tədqiqatlar zamanı 1900-1976-cı illər aralığında doğulan və Şotlandiyada peşəkar futbol oynayan 7676 kişi test edilib.

İngiltərədə “Bornmut” klubu aşağı yaş qruplarından ibarət komandalara topa başla vurmağı qadağan edib.

Bir müddət əvvəl Şotlandiyada da belə bir qadağanın tətbiq olunacağı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button