Renat Dadaşovun qolu ən yaxşılar arasında – video

İngiltərənin “Vulverhempton” klubunda yanvarın ən yaxşı qoluna namizədlər bilinib.

Komanda.az xəbər verir ki, namizədlər arasında “canavarlar”ın U-23 komandasında forma geyinən Renat Dadaşovun da qolu var. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Dadaşovun “Liverpul”un U-23 komandası ilə keçirilən matçda (2:2) vurduğu qol ötən ayın ən yaxşı qoluna namizədlər arasında göstərilib.

Qalib, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsində bilinəcək.