“Liverpul”dan “Vulverhempton”a – rəsmi

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Liverpul”dan Ki-Yana Huveri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Vulverhempton” niderlandlı futbolçu üçün “Liverpul”a bonuslarla birlikdə 15 milyon avro ödəyəcək.

“Ayaks”ın yetirməsi olan Huver, 2018-ci ildən “Liverpul”da çıxış edir.