Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Vulverhempton” klubu futbolçusu Joao Moutinyonun müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə müddəti 2022-ci ilə qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2018-ci ilin yayından “Vulverhempton”da çıxış edən Moutinyonun əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi.

Bu mövsüm “canavarlar”la 23 oyuna çıxan portuqaliyalı yarımmüdafiəçi 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.