Premyer Liqa klubunda baş məşqçiylə yeni müqavilə

İngiltərənin “Vulverhempton” klubu baş məşqçisi Nunu Santu Espiritoyla yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə yeni – 3 illik sözləşmə imzalanıb.

Espirito 2017-ci ildən “Vulverhempton”u çalışdırır.