27 milyon avroluq transfer

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, “çəkicdöyənlər” “Vilyarreal”dan Pablo Fornalsı transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Vest Hem” Fornals üçün “Vilyarreal”a 27 milyon avro ödəyəcək.

İspan futbolçu son mövsümdə La Liqada 35 qarşılaşmada iştirak edərək, 2 qol vurub.