Premyer Liqa klubunda yeni hücumçu

İngiltərənin “Vest Bromviç” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Haddersfild”dən Karlan Qrantı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatının xəbərinə görə, “Vest Bromviç” Qrant üçün “Haddersfild”ə 16,5 milyon avro ödəyib.