Premyer Liqa klubu Biliçin müqaviləsinə xitam verdi – rəsmi

İngiltərənin “Vest Bromviç” klubu baş məşqçisi Slaven Biliçlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi xorvatiyalı mütəxəssisin müqaviləsinə xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Vest Bromviç”də Slaven Biliçin yerinə baş məşqçi postuna Sem Ellardaysın gətiriləcəyi gözlənilir.

“Vest Bromviç” klubu Premyer Liqada 19-cu sıradadır.