Premyer Liqa klubunda yeni baş məşqçi

İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükan”ı Naycel Pirsona tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Daha əvvəl “Lester”, “Hall Siti”, “Derbi Kaunti” kimi klubları çalışdıran Pirson, “Uotford”da baş məşqçi postunda Kike Sançes Floresi əvəzləyib.

“Uotford” hazırda Premyer Liqada 8 xalla sonuncu sıradadır.