133 illik tarixində ilk dəfə Çempionşipə yüksəldi

İngiltərənin “Uikomb” klubu yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

Komanda.az xəbər verir ki, komanda İngiltərə 1-ci liqasının pley-off mərhələsinin finalında “Oksford Yunayted”i məğlub edərək (2:1), Çempionşipə vəsiqə qazanıb.

“Uikomb” 133 illik klub tarixində ilk dəfə Çempionşipə yüksəlib.