Harri Keynin 100 minlik avtomobili oğurlandı FOTO

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keynin avtomobili oğurlanıb.

Komanda.az TASS-a istinadən xəbər verir ki, ingilis hücumçunun 100 min funt-sterlinq dəyərində olan “Range Rover” markalı avtomobili Londonda oğurlanıb. Hadisəylə bağlı instintaq aparılır və şübhəlilərin hələ kimliyi müəyyən olunmayıb.

Keyn bu mövsüm “Tottenhem”lə 14 oyunda 13 qol vurub.