“Tottenhem” 80 milyon zərərə uğradı

İngiltərənin “Tottenhem” klubunun 2020/21 mövsümü üçün maliyyə hesabatı məlum olub.

Komanda.az xəbər verir ki, London təmsilçisi ötən mövsümü 80,2 milyon funt-sterlinq zərərlə başa vurub. Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. “Tottenhem”in borcu isə 706 milyon funt-sterlinqdir.

Klubun ötən mövsümkü gəliri 361,9 milyon funt-sterlinq təşkil edib. Bu, ötən ilə nisbətən 40,5 milyon avro azdır.