“Tottenhem” üçün tibbi müayinədən keçdi – Danimarka millisinin üzvü

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, London təmsilçisi “Sauthempton”dan Pyer-Emil Heyberqi transfer etməyə yaxındır. Bu barədə “Sky Sports” nəşri məlumat yayıb. Xəbərdə, 25 yaşlı yarımmüdafiəçinin “Tottenhem” üçün tibbi müayinədən keçdiyi bildirilir.

2016-cı ildən “Sauthempton”da forma geyinən Heyberq Danimarka millisinin də üzvüdür.