“Qarabağ”ın sabiq üzvü ən yaxşı seçildi

İngiltərənin “Stok Siti” klubunda 21-ci əsrdə komandada forma geyinən ən yaxşı 10 qapıçının adı açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə “www.stokesentinel.co.uk” saytı məlumat yayıb. Siyahının ilk pilləsində bir müddət “Qarabağ”da da forma geyinən Asmir Beqoviç yer alıb.

İkinci yerdə hazırda “Stok Siti”də forma geyinən Cek Butland, üçüncü isə karyerasını bitirmiş Tomas Sorensendir.

Hazırda icarə əsasında “Milan”da çıxış edən Beqoviç 2010-2015-ci illər aralığında “Stok Siti”nin uğurları üçün çalışıb. Bosniya və herseqovinalı qapıçı bu mövsümün ilk dövrəsini “Qarabağ”da keçirib.