Premyer Liqa klubunda milli üzvüylə yeni müqavilə

İngiltərənin “Sauthempton” klubu futbolçusu Yan Bednarekin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

2017-ci ildən “Sauthempton”da çıxış edən Bednarek, bu mövsüm 11 oyuna çıxıb. Müdafiəçi Polşa yığmasının da üzvüdür.